Ru
20:00 / 10 Mart 2023

Hacı Şahindənsə gedib şəhidlərimizi ziyarət etsinlər... – İlahiyyatçı

33884
İranın barmağı olduğunu düşünürəm...


“O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız da olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir?”


Bu fikirləri ilahiyyatçı Tural İrfan Bakupost.az -a açıqlamasında səsləndirib.


O, Hacı Şahinin vəfatından sonra qəbrinin ziyarətgaha çevrilməsi barədə danışıb:


“Bu xoş görülən bir işdir. Tur da təşkil etmək olar. Qanunla qadağa yoxdur. Amma bunun altında başqa niyyətlər varsa, o zaman doğru deyil. Ziyarət adı altında gedib narahatlıq yaratmaq, siyasi aksiyalar təşkil etmək, başqa maraqlar güdüb dinə xələl gətirmək bəyənilməyən işlərdir və qadağan hesab olunur”.


T.İrfan ziyarətin normal şəkildə, İslam qaydalarına uyğun təşkil edilməsini vacib sayıb. Qeyd edib ki, fars ideologiyasından irəli gələn ayinlər yolverilməzdir:


“Bəziləri mahnı oxuyur, bəziləri “Oyan, oyan” rədifli şeirlər səsləndirir. Bu, İslam dininə aid deyil, fars-sasani ideologiyasından irəli gəlir. Bir neçə müddət əvvəl Şəhidlər xiyabanının üzərində müəyyən mərsiyələr deyidilər, qara bayraqlar qaldırırdılar. Onu bu ziyarətdə də etmək istədikləri hiss olunur. Biz müsəlmanıq, ziyarəti də gərək, müsəlman qaydalarına uyğun edək”.

İlahiyyatçı digər önəmli şəxslərin qəbrinə ziyarət edilməməsi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, burada siyasi məqsədlərin olduğunu vurğulayıb:

“Bu, Azərbaycanda görülməmiş bir şeydir. Bizim minlərlə şəhidimiz var. Gedib o şəhidlərimizi ziyarət etsinlər. Bizim üçün pir də, ocaq da, ən müqəddəs yer də oradır. O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir? İranın barmağı olduğunu düşünürəm. Bu şəkildə radikalizm yaratmaq, güc göstərmək istəyirlər”.


Aynur
BakuPost


Şərhlər
  • Elmira Agayeva

    Ay serefsiz hec utanirsan yere girirsen ? O qeder pis zihniyyetli adamsan ki ölüsune bele paxilliq edirsen . Senün uzunden ograsliq tökülür . Tur teskil etmek isteyirsen get bir turistik firma ac . O qıt aglinla insanlara agil verme . Senin kimi serefsizin meslehetine kimsenin ehtiyaci yox . Her insan Haci Şahin kimi insanlarin ureyine taxt qura bilmez . Sabah Allahşükur olmamiş ölse vallah butun Azerbaycan bayram edecek . Cunki senin kimi veten xainidi . Ici pislik doludu. Sen de Allahşukur olmamis da qurban olun Haci Şahine

  • Baba

    Bezileri fikir bildirmeye ozlerini niye borclu hesab edirler bilmirem,axi senin fikrin hec kese maraqli deyil.Her kes her seyi gorur.

  • İlkin əliyev

    Bunu yazan hər kimdisə hacının ayağının tozu belə ola bilməz.Həmən şəxs birinci növbədə özünü tanısın sonra hacı barədə nəsə yazsın.

  • Elsen sireliyev

    Bilesuvar

  • t.ədalət

    İlahiyyatçı Tural İrfanın fikri ilə mən də razıyam.Ancaq onun Hacı Zeynalabdin Tağıyev haqqındakı fikri doğru deyil.Hacı bir rusist idi.İkincisi də azyaşlı,oğlunun baldızı sona ilə evlənməsi onu lap rəzil edir.Hacı Türkiyəyə qarşı idi.Odur ki,onun ziyarətini etmək məqbul deyil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər