Ru
20:36 / 07 Mart 2024

Hacıqabulda qəza: Dörd nəfər xəsarət aldı

Hacıqabulda qəza: Dörd nəfər xəsarət aldı
Eye

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Bakupost.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Udullu kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1965-ci il təvəllüdlü Sahib Həsən oğlu Ağayev, 1975-ci il təvəllüdlü Könül Canəli qızı Yaqubova, 2006-cı il təvəllüdlü Leyla Mürkəli qızı Hacıəliyeva və 1979-cu il təvəllüdlü Mürkəli Əsgəralı oğlu Hacıəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar