Ru
15:45 / 12 Mart 2024

Hakimi təhqir edən futbolçuya ağır cəza

3992
Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb.

Bakupost.az xəbər verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” qarşılaşmasında birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər