Ru
14:15 / 10 May 2025

Yaponlar indi də çamurdan ət hazırlayacaq

Yaponlar indi də çamurdan ət hazırlayacaq
Eye

Yaponiyalı tədqiqatçılar ərzaq problemi ilə mübarizə məqsədilə süni ət istehsal etmək üçün xammal kimi kanalizasiya tullantıları və soyadan istifadə ideyasını irəli sürüblər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, konsepsiya Okayamadan olan Mitsuyuki İkeda tərəfindən təklif edilmiş və Tokionun Kanalizasiya İdarəsi tərəfindən dəstəklənmişdir.

İnsan fəaliyyəti nəticəsində yaranan tullantıların emalı prosesi zülallarla 63%, karbohidratlarla 25%, yağlarla 3% və minerallarla 9% zəngin biokütlənin əmələ gəlməsi ilə nəticələnir ki, bu da onu tərkibinə görə mal əti ilə müqayisə etməyə imkan verir.
Dadını yaxşılaşdırmaq üçün məhsula soya teksturalı məhsul və müxtəlif dadlandırıcı əlavələr daxil edilir. Aparılan testlərə görə, onun dadı praktiki olaraq adi ətdən fərqlənmir.
Mütəxəssislərin fikrincə, belə ixtiraların qəbulu zamanla dəyişə bilər.Necə ki, vaxtilə suşi və ya həşəratlardan hazırlanan yeməklərə münasibət dəyişmişdi.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar