İsveçrənin Cenevrə şəhərində Çin və ABŞ nümayəndələri arasında ticarət məsələlərinin həlli ilə bağlı danışıqlar başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Çinin “Sinhua” dövlət agentliyi məlumat yayıb.
Görüşdə Çin Baş nazirinin müavini Xe Lipen və ABŞ-ın maliyyə naziri Skott Bessent iştirak ediblər.
Danışıqlara yaxın mənbə Reuters agentliyinə danışıqların davam etdiyini təsdiqləyib.
Qeyd olunur ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında malların idxal rüsumlarının 100%-i ötməsinə səbəb olan bir neçə həftə davam edən gərginlikdən sonra tərəflər nəhayət danışıqlar üçün bir araya gəliblər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl deyib ki, ABŞ və Çin ölkələr arasında “ədalətli” ticarət razılaşması əldə edə bilərlər. Tramp həmçinin qeyd edib ki, danışıqlar uğursuz olsa və ticarət əlaqələrinin yaxşılaşmasına səbəb olmasa belə, peşman olmayacaq. O, bunu Çinlə ticarətin olmamasının ABŞ-a 1 trilyon dollara qənaət edəcəyi ilə izah edib.
Lalə,
BakuPost