Ru
13:57 / 10 May 2025

Sabah Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sabah Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ
Eye

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar