Ru
12:53 / 10 May 2025

Pakistan nüvə həddinin pozulmasını istəmir - Nazir

Pakistan nüvə həddinin pozulmasını istəmir -  Nazir
Eye

Pakistan hakimiyyəti Hindistanla münaqişənin kəskinləşməsi zamanı “nüvə həddi”nin pozulmasını istəmir.

Bakupost.az xəbər verir ki, bu barədə Pakistanın planlaşdırma və inkişaf naziri Əhsan İqbal “The Guardian”a müsahibəsində bildirib.

“Biz istəmirik ki, nüvə həddi pozulsun” - deyə o bildirib.

Nazir vurğulayıb ki, Hindistana qarşı hücumlar zamanı “xüsusi tədbirlər” görülüb və bu, mülki hədəflərə zərbələrin qarşısını alıb.
Bundan əvvəl bildirilmişdi ki, Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri münaqişənin qızışmağa başlamasından sonra ilk telefon danışığı aparıblar. Qeyd olunur ki, söhbət zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək istəyini bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar