Ru
13:54 / 10 May 2025

Hindistanın yüksək rütbəli hərbçisi məhv edildi

Hindistanın yüksək rütbəli hərbçisi məhv edildi
Eye

Pakistan Silahlı Qüvvələri Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq keçirilən "Banyan ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") genişmiqyaslı hərbi əməliyyatı nəticəsində yüksəkrütbəli hindistanlı hərbçi məmuru məhv ediblər.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə PTI agentliyi məlumat verib.

Nəticədə komissarın müavini Rac Kumar Thapa və onun iki əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, yüksək vəzifəli məmuru xilas etmək mümkün olmayıb. Digər zərərçəkənlərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Xatırladaq ki, Pakistan Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Hindistana qarşı genişmiqyaslı "Banyan ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") hərbi əməliyyatına başlayıb. Nəticədə Pakistan Silahlı Qüvvələri Hindistan ərazisindəki çoxsaylı strateji hədəfləri, o cümlədən aviabazaları, aerodromlara, hərbi qərargahları və "Bramos" raket anbarı vurublar. Həmçinin bildirilir ki, Hindistanın elektrik şəbəkəsinin 70%-i kiberhücumlar nəticəsində sıradan çıxarılıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar