ABŞ dövlət katibi Marko Rubio Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir ilə telefon danışığı zamanı Hindistan-Pakistan münaqişəsinin həlli üçün ABŞ-nin yardım təklifini irəli sürüb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs yazılı açıqlamasında məlumat verib.
“Dövlət katibi Marko Rubio tərəfləri gərginliyin azaldılması yollarını tapmağa çağırdı və gələcək toqquşmaların qarşısını almaq məqsədilə konstruktiv danışıqlara başlamaq üçün ABŞ-nin yardımını təklif etdi,” – diplomat bildirib.
Qeyd edək ki, ötən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü bu hücumu son dərəcə təhlükəli və sabitliyi pozan bir hərəkət kimi qiymətləndirib. Cavab olaraq, Pakistan “Bunyan Ul Marsoos” adlı hərbi əməliyyata başladığını elan edib.
Aysel,
BakuPost