Ru
17:59 / 01 Avqust 2024

Haniyənin dəfni dünya mətbuatında - FOTO

Haniyənin dəfni dünya mətbuatında -  FOTO
Eye

İranda öldürülən HƏMAS lideri İsmayıl Haniyə üçün Tehranda keçirilən dəfn mərasimini dünya mətbuatı yaxından izləyib.

Bakupost.az xəbər verir ki, mətbuat orqanlarında HƏMAS-ın Siyasi Büro rəhbərinin dəfn mərasiminə minlərlə insanın qatıldığı vurğulanıb.




Qətərin Əl-Cəzirə televiziyası Haniyənin Tehrandakı dəfn mərasimini anbaan işıqlandırıb.

İranın dövlət kanalı Press TV də Haniyə və mühafizəçisi üçün keçirilən dəfn mərasiminin təfərrüatlarını paylaşıb. Xəbərdə dəfn mərasiminin Tehran Universitetində keçirildiyi bildirilib.





İranın dini lideri Ayətullah Əli Xameneinin HƏMAS liderinin cənazə namazını qıldığı bildirilib.

Həniyənin İranda dəfn mərasimi ilə bağlı xəbərləri Dubayda yerləşən Əl Ərəbiyyə də yayıb.

Beynəlxalq xəbər agentlikləri də Tehran Universitetindəki dəfn mərasimini canlı yayımlayıblar.





AFP, əllərində Fələstin bayraqları və Haniyə plakatları tutan minlərlə insanın dəfn mərasiminə Tehranda toplaşdığını açıqlayıb.

Britaniyanın BBC kanalı xəbəri "Həmas liderinin dəfni İranda böyük izdihamı bir araya gətirdi" başlığı ilə yayımlayıb.





Sky News da öz xəbərində İran küçələrində Haniyə üçün yas tutanların olduğuna diqqət çəkib.

Almaniyanın “Zeit” qəzeti Tehranda İsmayıl Haniyənin dəfn mərasiminə minlərlə insanın qatıldığını vurğulayıb.

İspaniyanın “El Pais” qəzeti isə HƏMAS lideri üçün Tehranda dəfn mərasiminin keçirildiyini oxucularına çatdırıb.






Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar