ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post“ ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.
Məlumata görə, Harris Trampla “hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini” də müzakirə edib.
O da qeyd edilib ki, Kamala Harris yerli vaxtla saat 16:00-da prezidentlik yarışında məğlub olması ilə bağlı çıxış etməyi planlaşdırır.