Ru
20:37 / 31 Dekabr 2022

Hava limanında qutuda insan kəllələri tapıldı

Hava limanında qutuda insan kəllələri tapıldı
Eye

Meksikada hava limanında ABŞ-a göndərilmək üçün karton qutuda 4 insan kəlləsi tapılıb.

Bakupost.az xəbər verir ki, Meksika Milli Qvardiyasının verdiyi açıqlamaya görə,Queretaro şəhərinin hava limanında rentgen aparatından keçən karton qutuda naməlum əşyakar aşkar edilib.

Bundan sonra nəzarət-buraxılış məntəqəsində qutular mühafizəçilər tərəfindən açılıb.

Belə ki, qutudan alüminium folqa ilə bükülmüş 4 insan kəlləsi tapıblar. Bildirilib ki, qutu ABŞ-ın Cənubi Karolina ştatındakı ünvana göndərilmək üçün Miçoakan ştatının Apatzinqan şəhərindən hava limanına gətirilib.

Kəllələrin necə əldə edildiyindən və ya tibbi tədqiqat məqsədləri üçün olub-olmamasından asılı olmayaraq, daşınma Meksika qanunlarını pozduğuna görə faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar