Ru
12:57 / 24 Yanvar 2022

Həbs edilən şəxs “Yeniavaz”ın əməkdaşıdır? - Açıqlama

Həbs edilən şəxs “Yeniavaz”ın əməkdaşıdır? -  Açıqlama
Eye

“Yeniavaz.com” saytı Baş Prokurorluq tərəfindən başlanan icraat üzrə həbs edilən Namiq Əliyevin onların əməkdaşı olmadığı barədə açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, yayılan məlumatda qeyd edilib ki, “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytının Namiq Əliyev adında əməkdaşı mövcud deyil.

Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib.

Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar