Ru
18:30 / 23 May 2025

“Hələ ölməmişəm, təcili yardıma zəng edin!” - 12-ci mərtəbədən yıxılan qadın sağ qaldı

“Hələ ölməmişəm, təcili yardıma zəng edin!” - 12-ci mərtəbədən yıxılan qadın sağ qaldı
Eye

Çinin Tszyansi vilayətində qeyri-adi hadisə nəticəsində 44 yaşlı təmizlikçi qadın 12-ci mərtəbədən yıxılmasına baxmayaraq möcüzəvi şəkildə sağ qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Hadisə mayın 13-də fabrikdə təmizlikçi işləyən 44 yaşlı Penq Xueyfanın başına gəlib.

Qadın müştəri üçün ağır bir pəncərə quraşdıran həyat yoldaşına, pəncərə biznesi sahibi olan ərinə kömək edirmiş.

Çəkisi bir neçə yüz kiloqram olan konstruksiya kranla yuxarı qaldırılarkən, pəncərə ağac budağına ilişərək aşağı düşüb. Kranın idarəetmə pultunu saxlayan Penq bu anda reaksiya verə bilməyib və pəncərənin ardınca o da yerə yıxılıb.

Yoluna təsadüfən çıxan bir örtük yıxılmanı bir qədər yüngülləşdirib və əsas zərbəni öz üzərinə götürüb.

Ayıldıqdan sonra qadın, çoxsaylı xəsarətlərinə baxmayaraq, ərini köməyə çağırmağa nail olub.

“Mən hələ ölməmişəm, təcili yardıma zəng et!” - deyə Penq ərinə səslənib.

Həkimlər onun sağ ayağında, sol ayağında və belində sınıqlar olduğunu müəyyənləşdiriblər. Bədənin yuxarı hissəsi isə demək olar ki, zərər görməyib. Keçirilmiş təcili əməliyyatdan sonra həkimlər bildirib ki, altı aylıq reabilitasiyadan sonra xəstə yenidən sərbəst yeriyə biləcək.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar