Ru
09:05 / 17 İyun 2025

Trampın çağırışından sonra sakinlər Tehrandan qaçır

Trampın çağırışından sonra sakinlər Tehrandan qaçır
Eye

ABŞ Prezidenti Donald Tramp insanları İranın paytaxtı Tehranı tərk etməyə çağırıb.

Bakupost.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır”, - deyə Tramp qeyd edib.

Bununla belə, o, Tehran sakinlərinə niyə şəhəri tərk etməli olduqlarını tövsiyə etdiyinə aydınlıq gətirməyib.

O, həmçinin Tehranın zamanında ABŞ ilə nüvə sazişi imzalamadığına təəssüfləndiyini bildirib.

Trampın bu çıxışlarından sonra, Tehran vətəndaşları paytaxtı kütləvi şəkildə tərk edib. Bu da son günlərdə ən sıx tıxaca səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar