Ru
10:47 / 17 İyun 2025

Hörmüz boğazı yaxınlığında üç gəmi yanıb

Hörmüz boğazı yaxınlığında üç gəmi yanıb
Eye

Oman körfəzində, Hörmüz boğazına yaxın ərazidə üç gəmi yanıb.

Bakupost.az -ın İranın “Press TV” nəşrinə istinadən məlumatına görə, hadisə İran sahilləri yaxınlığında baş verib.

Yanğınla bağlı məlumatlar NASA-nın FIRMS sisteminin xəritələri ilə təsdiqlənib.

Peyk şəkilləri və monitorinq məlumatları Körfəz sularında üç aktiv yanğını göstərir. Hadisənin dəqiq səbəbləri və gəmilərin kimə məxsus olduğu hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən dar, strateji əhəmiyyətli boğazdır.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar