Ru
14:13 / 17 İyun 2025

Daha bir mədəniyyət saytı fəaliyyətə başladı

Daha bir mədəniyyət saytı fəaliyyətə başladı
Eye

Bu gündən "Daha.az" mədəniyyət saytı fəaliyyətə başlayıb.

Bakupost.az -a bu barədə tanınmış şair Aqşin Yenisey məlumat verib.


"Saytı yaratmaqda məqsədimiz elitar mədəniyyəti, elmi-kütləvi ədəbiyyatı təbliğ etməkdir. Sayta yazı göndərən və yazısı redaksiya heyətinin səs çoxluğunu qazanaraq yayımlanan hər bir müəllif qonorar alacaq. "Daha.az" adlandırmağımıza baxmayaraq saytda daha çox araşdırma yazılarına üstünlük veriləcək. Yazılarınızı "[email protected]" ünvanına göndərə bilərsiniz. Yeni başladığımız üçün qüsurlarımızın olduğu və olacağı da təbiidir. İrad və təkliflərinizi bizə yazsanız şad olarıq",- deyə şair qeyd edib.

Onun sözlərinə görə, daha.az saytının təsisçisi redaksiya heyətidir:

"Mən, Qismət Rüstəmov və Anar Rəhimov. Amma hələ ki, vəzifə bölgüsü aparılmayıb. Çox güman ənənəvi idarəetmə prinsipi olmayacaq".

Ayxan,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar