Ru
12:07 / 25 İyun 2025

"Hərbi və siyasi liderlər öldürüləcək" - Trampın yeni doktrinası

"Hərbi və siyasi liderlər öldürüləcək" -   Trampın yeni doktrinası
Eye

ABŞ-nın vitse-prezidenti Cey Di Vens ölkəsinin İrana zərbələrindən sonra beynəlxalq “Tramp doktrinasının” ortaya çıxdığını bəyan edib.

Bakupost.az xəbər verir ki, Vens bu doktrinanın başqa ölkələrdə rejimlərin dəyişdirilməsindən deyil, diplomatiyanın birləşməsi və nöqtə atışından ibarət hərbi gücün tətbiq edilməsidir. Bu doktrina uzun sürən silahlı toqquşmalara cəlb olunmağı məqbul hesab etmir.

"Düşünürəm ki, Trampın doktrinası təkcə Respublikaçıların deyil, Amerikanın xarici siyasətində dominant qüvvəyə çevriləcək. İnsanlar bu yanaşmanı aydın şəkildə anlayacaqlar.Bu doktrina bizim maraqlarımızı müəyyənləşdirəcək, diplomatiyadan istifadə etməyə çalışacaq və bu, uğursuzluqla nəticələnəndə böyük hərbi güc tətbiq edəcək", - ABŞ vitse-prezidenti "Breitbart" nəşrinə deyib.

O qeyd edib ki, ABŞ rejimi dəyişməyə çalışmır:

"Biz demokratiya yaratmağa çalışmırıq. Biz İranı Viskonsin ştatına çevirməyə çalışmırıq, biz onların nüvə proqramını məhv edirik və bunu etdikdən sonra oradan ayrılırıq".


Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar