Ru
20:22 / 21 Noyabr 2022

"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR

6106

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.



Bakupost.az IRNA agentliyinə istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Təbrizli teatr aktrisası Səmanə Babazadə də bir neçə gündür həbsdədir.


Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb. Teleserial Azərbaycanda "Space TV"də yayımlanıb.


Günel
Baku Post

"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR
"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR
"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR
"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər