Ru
13:16 / 07 May 2025

Hindistan hökumətinin təcili iclası çağırıldı

Hindistan hökumətinin təcili iclası çağırıldı
Eye

Hindistanın Baş naziri Narendra Modi Nyu-Delhidə hökumət üzvlərinin iştirakı ilə təcili iclas keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin dəftərxanası məlumat yayıb.

İclasda daxili işlər naziri Amit Şah, müdafiə naziri Racnat Sinqh və Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval iştirak edirlər.

N.Modi qonşu Pakistana hava zərbələrinin endirilməsindən bəri heç bir açıqlama verməyib. Bundan başqa, o, xarici səfərlərini ləğv edib.

Elə həmin saatlarda Pakistanın Baş naziri Şahbaz Şərif Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını keçirir.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna bir sıra zərbələr endirib. Hücum nəticəsində ən azı 26 nəfər həlak olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar