Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:55 / 17 İyun 2024

Hindistanda qatarlar toqquşdu - Ölənlər, yaralılar var

1492
Hindistanın Qərbi Benqal əyalətində yük və sərnişin qatarları toqquşub.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 60-a yaxın şəxs yaralanıb.

Sərnişinlərin olduğu ekspress qatarın vaqonlarından biri havada asılı qalıb.

Dəmiryol İdarəsinin baş direktoru Caya Varma Sinha mətbuat konfransında xilasetmə əməliyyatlarının başa çatdığını, yaralıların xəstəxanalara yerləşdirildiyini bildirib. O, qəzanın yük qatarının maşinistinin siqnala məhəl qoymaması səbəbindən baş verdiyini bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar