Ru
19:07 / 12 İyun 2025

Hindistanda təyyarə qəzası: İlkin səbəb budur!

Hindistanda təyyarə qəzası: İlkin səbəb budur!
Eye

Hindistanın Əhmədabad hava limanı yaxınlığında "Air India" sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Ekspertlər telekanala bildiriblər ki, quşlarla toqquşma təyyarənin uçuş sürətini azalda bilərdi. Həmçinin qeyd edilir ki, qəzaya uğramış "Boeing 787-8 Dreamliner" təyyarəsi 11 ildən çoxdur istismardadır.

Telekanalın məlumatına görə, baş vermiş faciə 2011-ci ildə kommersiya uçuşlarına başlayan "Boeing 787-8 Dreamliner" təyyarəsinin ilk qəzasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar