Ru
17:48 / 13 İyun 2025

Hücum davam etsə Həccə gedənlər necə qayıdacaq? - AÇIQLAMA

Hücum davam etsə Həccə gedənlər necə qayıdacaq? - AÇIQLAMA
Eye

“Baş verən son hadisələrlə əlaqədar (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq”.

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“AZAL-dan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək”, - deyə o qeyd edib.

V.Cahangiri, həmçinin əlavə edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar