Ru
10:18 / 07 May 2025

Hindistanın əməliyyatı niyə "Sindur" adlanır?

Hindistanın əməliyyatı niyə "Sindur" adlanır?
Eye

Xəbər verdiyimiz kimi, Hindistan Pakistan ərazisində yerləşən və Yeni Dehlinin “terrorçu” adlandırdığı infrastruktura qarşı “Sindur” adlı hərbi əməliyyata başladığını elan edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın müdafiə naziri Hindistanın hücumları nəticəsində dinc sakinlərin öldüyünü bildirib. Onun sözlərinə görə, zərbələr yalnız mülki hədəflərə endirilib.

Pakistan ordusunun sözçüsü bildirib ki, İslamabadın cavab əməliyyatı artıq başlayıb. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, hava döyüşləri zamanı Hindistanın 5 hərbi təyyarəsi vurulub: üç "Rafale" qırıcısı, bir Su-30 və bir MiQ-29.

Ölkələr arasında münasibətlər aprelin 22-də baş verən terror aktından, mübahisəli Cammu və Kəşmir əyalətində bir qrup terrorçunun turistləri güllələyərək öldürməsindən sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Yeni Dehlinin reaksiyasını "ədalətsiz və siyasi motivli" adlandırıb.
Yeri gəlmişkən, "Sindur" evli hindistanlı qadınların saçlarının ayrılması boyunca və alınlarına nöqtə kimi vurduqları qırmızı tozdur. Hindistan hərbi əməliyyatı Pahalqam hücumunda ərlərini itirən hindistanlı qadınların şərəfinə "Sindur" adlandırıb. Qeyd edək ki, həminhücum zamanı 26 hindistanlı həlak olub.

Zaur,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar