Ru
14:50 / 02 Oktyabr 2024

"Hizbullah" döyüşçüləri sərhəddə İsrail əsgərləri ilə döyüşür

"Hizbullah" döyüşçüləri sərhəddə İsrail əsgərləri ilə döyüşür
Eye

Livanın cənubundakı Marun ər-Ras sərhəd kəndində “Hizbullah” şiə polis dəstələri İsrail ordusunun əsgərləri ilə atışmaya başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Düşmən əsgərləri şərq tərəfdən Marun ər-Rasa soxulublar. İslam müqavimət döyüşçüləri onlara atəş açıb və bir neçə nəfəri yaralayıb, toqquşmalar davam edir”, – deyə "Hizbullah"dan verilən açıqlamada bildirilir

Bundan əvvəl şiə döyüşçüləri sərhəddə yerləşən Əl-Edeys şəhəri yaxınlığında Livan ərazisinə daxil olmaq cəhdini dəf ediblər. Atışma sübh vaxtı baş verib və müqavimət qüvvələri qarşı tərəfi itkilər verərək, geri çəkilməyə məcbur ediblər.

Sərhəd bölgələrində baş verən bu hadisələrlə bağlı İsrail komandanlığından heç bir şərh verilməyib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar