Azərbaycanda bir sıra siyasi partiyalara dövlət tərəfindən ayrılan vəsaitin dayandırıldığı bildirilir. Bir sıra siyasi partiyaların hesabatında uyğunsuzluq olduğu səbəb göstərilərək maliyyə dəstəyi kəsilib.
Bakupost.az xəbər verir ki, hökumət tərəfindən bu il maliyyə dəstəyi veriləcək siyasi partiyalardan biri Müsavat Partiyasıdır.
Partiyanın sədr müavini Gülağa Aslanlı məlumatı modern.az-a təsdiqləyib.
"Müsavat Partiyasının maliyyə hesabatı tam şəkildə qanunauyğun şəkildə tərtib olunduğuna görə bizə aid olan vəsait tam şəkildə ödənilib",- o deyib.
Müsavat Partiyasına nə qədər pul ayrılıb?
Gülağa Aslanlı ödənilən maliyyə vəsaitinin məbləği haqqında məlumat verməyib.
Qeyd edək ki, Müsavat Partiyası ötən il hökumətdən 10 min manata yaxın maliyyə yardımı alıb. Belə ki, 2024-cü ildə partiyanın hesabına dövlətdən 9200 manat köçürülüb.