Ru
11:38 / 18 Noyabr 2022

İcazəsiz paylaşıma görə 3,6 milyon dollar təzminat ödəyəcəklər

7524
Tokio məhkəməsində icazəsiz film xülasələri paylaşan 20 yaşlı iki gəncə qarşı təzminat iddiası qaldırılıb.

Bakupost.az xəbər verir ki, "Şoçhiku", "Toho" və "Toel" prodakşn şirkətləri gənclərin onların məhsullarından icazəsiz istifad etməsi itihamı ilə məhkəməyə müraciət ediblər.
Məhkəmə şirkətlərin kompensasiya ilə bağlı bütün iddialarını qəbul edib.

20 yaşlı iki gəncdən 13 film şirkətinə ümumilikdə 3,6 milyon dollar təzminat ödəmələri tələb edilib.

Qeyd edək ki, 2020-ci ildə təxminən 10 dəqiqəlik film xülasəsi yükləyən müttəhimlər 7 milyon dollar reklam gəliri əldə ediblər. “Şin Qodzilla”, “Son vida” və “Soyuq balıq” da daxil olmaqla 50-dən çox beynəlxalq filmin xülasəsi internet dünyasında 10 milyondan çox baxış toplayıb.

Aynur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər