Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
“Bakupost” xəbər verir ki,
Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb.
Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.
Vasif Talıbov 1995–2024-cü illərdə Milli Məclisin deputatı olub.
Elşad Mirbəşir (Mirbəşiroğlu) 2020–2024-cü illərdə Milli Məclisinin deputatı olub. 2019- 2024-cü illərdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini vəzifəsində çalışıb. Hazırda işsizdir.
Cavid Osmanov 2016–2024-cü illərdə Milli Məclisinin deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmişdi. 2024-cü ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına daxil edilməyib.
Ramin Bayramov 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilib.
2024-cü ilin aprelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Hazırda da bu quruma rəhbərlik edir.
Rövşən Bayramov yunan-roma güləşçisidir. O, 2008-ci ildə Pekin Olimpiadasında və 2012-ci ildə London Olimpiadasında gümüş medallara sahib olub. İki dəfə Avropa çempionu (2007 və 2008-ci illərdə) olub. Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü seçilmişdi.