“Şuşa Bəyannaməsinin ildönümü ilə əlaqədar siyasi partiya rəhbərlərinin Şuşaya dəvət olunması təqdirəlayiq haldır”.
Bunu
Bakupost.az -a açıqlamasına
AY Partiyanın başqanı Anar Əsədli deyib.
O, Şuşa Bəyannaməsinin əhəmiyyətindən və siyasi partiyaların Şuşa səfərindən danışıb:
“Şuşa Bəyannaməsinin əhəmiyyəti hələ uzun illər mərhələlərlə üzə çıxacaq. Bu, gələcəyə yönəlmiş strateji işbirliyini göstərən müttəfiqlikdir. Sözügedən sənəd bir il ərzində günbəgün Azərbaycan dövlətinin dünyada baş verən geopolitik gəlişmələrdə mövqeyini möhkəmlədib.
Bu sənədlə Azərbaycan 44 günlük Vətən savaşındakı qalibiyyətini diplomatik güc olaraq təminat altına ala bildi. Həm Avropa İttifqanın sülh razılaşmasındakı rolunun artmasında, həm son bir ildə ABŞ-nin Azərbaycana münasibətinin dəyişməsində, sözsüz ki, Türkiyə ilə müttəfiqliyin böyük təsiri var.
Azərbaycanın sülh məsələsində Türkiyə və Orta Asiya cümhuriyyətləri ilə əməkdaşlıq çərçivəsində bu problemə son qoya biləcək gücə malik olması, digər faktorlar dövlətimizin yaxın zamanlarda yuridiksiyasında olmayan bəzi ərazilərdə də idarəçiliyimizin həyata keçəcəyinə heç bir şübhə yeri qoymur.
Bu sənədin imzalanması onu göstərdi ki, Azərbaycan bu müqavilə ilə Türkiyənin NATO kimi müttəfiqinin də dəstəyini ala biləcək.
Şuşa Bəyannaməsi iki qardaş ölkənin imkanlarının birləşdirilməsi ilə Azərbaycanın beynəlxalq rolunu, çəkisini daha da artıran bir sənəddir. Orada yer alan iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin gücləndirilməsinə dair maddə əvvəl-axır “iki dövlət, vahid ordu” ideyasının reallaşmasına doğru mühüm addımdır.
Sənədin imzalanmasının ildönümü ilə əlaqədar tədbirin keçirilməsi çox önəmli idi. Tədbirə siyasi partiya rəhbərlərinin dəvət olunması isə çox, təbii ki, təqdirəlayiq haldır”.
Fəridə
Baku Post
Azərbaycan Putinin təsir dairəsində olan bir dövlətdir.Hər sahədə Putindən xəbərsiz heç bir addım atıla bilməz.