Ru
10:04 / 09 Sentyabr 2026

Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var

Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var
Eye

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Bakupost" xəbər verir ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E.Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.

Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən şəxs əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar