Ru
09:00 / 09 Sentyabr 2026

Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu

Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Eye

Rusiya liman logistikasının pozulması ölkədən xaricə yeni taxıl məhsulu ixracının qarşısını alıb.

Bunun nəticəsində daxili bazarda kənd təsərrüfatı məhsullarının artıqlığı yaranıb. Nəticədə son bir həftə ərzində Rusiyada buğda, arpa, günəbaxan və soya paxlasının qiymətləri 3,3-8,5 faiz, son bir ildə isə 40 faizdən çox düşüb.

Rusiyanın müvafiq qurumlarının açıqlamalarına əsasən 1-20 avqust tarixləri arasında taxıl ixracı 2,5 dəfə azalaraq 1,4 milyon tona düşüb, buğda ixracı isə 2,6 dəfə azalıb. Sentyabr ayında ixracın daha 52,1-62,5 faiz azalaraq 1,8-2,3 milyon tona düşəcəyi gözlənilir ki, bu da 2010-cu ildən bəri ən aşağı səviyyədir.

Xatırladaq ki, Rusiya taxıl ixracının 70 faizə qədəri cənub limanlarından həyata keçir. Alternativ marşrutlar isə kifayət qədər tutuma malik olmamaqla yanaşı, həm də bahalıdır: Baltik dənizinə daşınma ton başına 30-50 dollara qədər əlavə xərc gətirir.

Rusiyanın mühüm taxıl ixracatçısı olduğunu nəzərə alsaq, ixrac prosesində baş verənlər dünya taxıl bazarına nə vəd edir?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Bakupost”a bildirib ki, yaşanan proseslər artıq taxılla bağlı müəyyən problemlər yaradıb:

“Qara dəniz limanlarında logistikada yaranan problemlər dünya birjalarında buğdanın qiymətini kəskin bahalaşdırıb. Son bir ay ərzində buğdanın qiyməti Çikaqo birjasında 17,2 faiz artıb. Qara dəniz limanlarından dünya bazarına illik 50 milyon ton buğda çıxır. Bu da dünya bazarına çıxarılan bütün buğdanın 25 faizi deməkdir”.

Ekspert qiymət artımının bu fonda davam edəcəyini də istisna etmədi:

“Böyük taxıl istehsalçılarından olan ABŞ-də də quraqlıqla bağlı olaraq cari ildə buğda istehsalı azalıb. Qazaxıstanın buğda istehsalı da 19 milyondan, 13 milyon tona, yəni 30 faiz aşağı düşüb. Nəticədə onlar buğda ixracına qadağa qoyub. Bütün bu amillər də buğdanın bahalaşmasına səbəb olub. Anoloji vəziyyət özünü payız-qış mövsümündə də göstərəcək”.

Müsahibimiz Rusiyada ixracla bağlı yaşanan problemin Azərbaycana hansısa ciddi təsirinin olacağını düşünmür:

“Çünki Azərbaycanla logistika məsələsində problem yoxdur. İstənilən vaxt onlar Azərbaycana, o cümlədən ölkəmiz vasitəsilə buğdanın digər dövlətlərə ixracını da həyata keçirə bilərlər”.

Həmsöhbətimiz Rusiyanın fürsətdən mütləq yararlanacağı qənaətindədir:

“Müharibə yenicə başlayanda Rusiya ixrac etdiyi buğdaya 100 dollar həcmində xüsusi rüsum tətbiq etdi. İndiki durumda da Moskva anoloji addımı tətbiq edə bilər. Belədə isə Azərbaycana ixrac edilən buğdanın qiyməti də artacaq.
Azərbaycan son 3 ayda buğda idxalını azaldıb. Bu səbəbdən indiki halda buğda idxalına ehtiyac yenidən artacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar