Ru
10:09 / 04 Fevral 2025

İmişlidə qadını oğurlayan 3 nəfər TUTULDU

İmişlidə qadını oğurlayan 3 nəfər TUTULDU
1145

İmişlidə qadını oğurlayan şəxslər Salyanda saxlanılıb.


Bakupost.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar