Ru
23:43 / 09 Yanvar 2023

İngiltərədə tarixi anlar yaşanacaq

8538
Qərbi Avropada ilk orbital raket buraxılışı bazar ertəsi Böyük Britaniyada baş tutacaq.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kosmik Qız" adlı modifikasiya edilmiş "Boeing 747" təyyarəsi İngiltərənin cənub-qərbindəki Kornuoll kosmodromundan saat yerli vaxtla 22.16-da havaya qalxacaq. Lakin ehtiyat buraxılış tarixləri də bu ayın sonuna planlaşdırılıb.

Cornwall Spaceport-un rəhbəri Melissa Thorpe BBC-nin "Bu gün" şousuna bildirib ki, Britaniya torpağından raketlərin buraxılması ölkəyə məhsulları kosmosa yerləşdirmək yollarında daha məsuliyyətli olmağa imkan verir. Tədbiri izləmək üçün izdihamın toplanması gözlənilir, Spaceport Cornwall ictimaiyyəti bu tarixi anı izləməyə dəvət edib.

Virgin Orbit 2022-ci ildə buraxılışlar üçün proqnozunu üçə endirdi, ilkin olaraq ilin əvvəlində dörd ilə altı arasında olacağını gözləyirdi.

Virgin Orbit səhmləri cümə günü 2,11 dollara ticarət edərək üç həftənin ən yüksək səviyyəsinə çatıb.

Əfsanə Rəcəb
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər