Ru
12:40 / 04 Fevral 2026

“İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram” – Nigar Köçərli məhkəməyə hazırlaşır - FOTO

“İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram” – Nigar Köçərli məhkəməyə hazırlaşır - FOTO
Eye

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” hospitalını məhkəməyə verib.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Vəkilim hörmətli Zibeydə Zəkəriyyəyevadır.
Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.

İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”, - deyə Nigar Köçərli bildirib.

Qeyd edək ki, bu gün “Liv Bona Dea” hospitalı da Nigar Köçərlini məhkəməyə verməsi barədə məlumat yayıb.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar