Ru
11:23 / 28 Fevral 2023

İphone 15 Pro və İphone 15 Pro Max modelləri düyməsiz olacaq - FOTO

12643
Gələn il satışa çıxarılacaq iPhone 15 modellərinin dizaynı ilə bağlı artıq sızmalar başlayıb.

Bakupost.az xəbər verir ki, "Apple" şirkətinin təcrübəli analitiki kimi tanınan Minq-Çi Kuo İphone 15 Pro və İphone 15 Pro Max modellərində fiziki düymələrin olmayacağını bildirib.

Apple iPhone 7-dən sonra düymə kimi görünən şüşə və onun altına yerləşdirilmiş "Taptic Engine" adlı vibrasiya mühərriklərinə üstünlük verib. İstifadəçilər düymə kimi görünən hissəyə toxunduqda vibrasiya ilə bağlı bildiriş alır. Bu sistemin iPhone 15 Pro və iPhone 15 Pro Max-a daxil ediləcəyi gözlənilir.

"Ice Universe" tərəfindən paylaşılan görüntülərə görə, iPhone 15 Pro Max əvvəlki nəsildən daha incə ekran çərçivəsinə sahib olacaq. Lakin kamera zərbəsinin iPhone 14 Pro Max-dan daha az olduğu deyilir.

Bu dizayn istehlakçıları qane edərsə, növbəti İphone modelləri və İPad kimi müxtəlif məhsullarda da istifadə ediləcək.




Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər