İranda iPhone markalı telefonların idxalına qadağa qoyulması səbəbiylə ortaya çıxan qaçaqmalçılıq üsullarından ölkənin təxminən 900 milyon dollar zərər çəkdiyi açıqlanıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Mobil Telefon İxracatçıları Assosiasiyasının prezidenti Əbdülmehdi Əsədi iPhone 14 və 15 model telefonların rəsmi qeydiyyata alınmamasının ölkəyə yüz milyonlarla dollar zərər vurduğunu bildirib.
Ə.Əsədi deyib ki, prezident Məsud Pezeşkiyan tərəfindən qurulan yeni hökumət qadağanı aradan qaldırmasa, bu zərər 1,3 milyard dollara yüksələcək.
Onun sözlərinə görə, iPhone idxalına qadağa qoyulması və ölkənin valyutasının idarə edilməsi kimi hədəflərə çata bilməməsi son iki ildə təxminən 900 milyon dollar xarici valyuta itirməsinə gətirib çıxarıb.
Vasif
BakuPost