Ru
16:05 / 03 Fevral 2025

İqtisadiyyat Nazirliyinin strukturunda DƏYİŞİKLİK

İqtisadiyyat Nazirliyinin strukturunda DƏYİŞİKLİK
Eye

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Bakupost.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar