Ru
12:18 / 15 Aprel 2024

"İran da, Netanyahu da istədiyinə nail oldu" - Zərdüşt Əlizadənin şərhi

2082
“İranın İsrailə birbaşa öz ərazisindən hücumu yalnız və yalnız ilk əməliyyat kimi kəşfiyyat səciyyəli idi. Əslində İsrailin hərbi obyektlərinə üç zərbə dəyib. Həm də İran bildirmişdi ki, hücumda hədəfi mülki əhali deyil, hərbi obyektlərdir”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, İranın əməliyyatı kifayət qədər uğurlu olub:

“Təbii ki, İran İsrailin ilk olaraq müdafiə sistemləri radarlarının hamısının yerini müəyyənləşdirib. İkincisi, İsraildə mövcud olan anti-raket ehtiyat sistemini tükəndirib. İndi Amerika zəhmət çəkib İsrailə həmin o 1200 anti-reket paketlərini verməlidir. Yəni İran öz məqsədinə çatıb. İran İsrailə bildirmək istədi ki, mənim əlim sənə çatır, sən təhlükəsiz deyilsən. Bəlkə də o bu əməliyyatla öz imkanlarının əllidə birini istifadə etdi”.

Politoloq bildirib ki, bu əməliyyatla Netanyahu da istədiyinə nail olub:

“Netanyahu vəziyyəti gərginləşdirməklə HƏMAS-a qarşı apardığı əməliyyatın nisbi uğursuzluğunu ört-basdır etdi. Diqqəti İrana tərəf yönəltdi. Eyni zamanda ABÇ-ı İranla müharibəyə çəkməyə çalışdı. Amma Bayden İranla müharibə aparmaq fikrində olmadığını bildirdi”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər