Ru
18:17 / 18 Noyabr 2022

İran Fransa avtomobillərinin idxalını qadağa qoydu

 İran Fransa avtomobillərinin idxalını qadağa qoydu
Eye

İran Fransa avtomobillərinin idxalını qadağan edib.

Bakupost.az xəbər verir ki, siyahıda Renault, Peugeot (Pejo) və Citroen kimi avtomobillər var.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin mətbuat katibi Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdə qeyri-peşəkar davranışlarına görə verildiyini açıqlayıb.

Kalibaf Fransadan avtomobil idxalına lisenziya vermədiklərini bildirib.

O, əsas diqqəti Yaponiya, Koreya, Çin və Fransa xaricində Avropa ölkələrinə yönəltdiklərini də qeyd edib.

Aynur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar