Ru
08:23 / 24 İyun 2025

İran İsrailə hücum etdi - Ballistik raket binaya düşdü, ölənlər var

İran İsrailə hücum etdi - Ballistik raket binaya düşdü, ölənlər var
Eye

İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.

Bakupost.az xəbər verir ki, Kanal 12-nin məlumatına görə Beerşeba şəhərinə düşən raket 7 mərtəbəli binaya çırpılıb.

Raketin düşməsi nəticəsində ölənlərin olduğu, bir neçə nəfərin də yaralandığı bildirilir.

İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.

Hücumun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.

ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəsin bir neçə saatdan sonra başlayacağı gözlənilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar