Ru
10:44 / 24 İyun 2025

İtkin düşən məktəbli qız Cəlilabadda tapıldı

İtkin düşən məktəbli qız Cəlilabadda tapıldı
Eye

Masallıda itkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb.

Bakupost.az oxu.az - a istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədovanın Cəlilabad şəhəri ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədova iyunun 19-da axşam saatlarında yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib.

Onun yaxınlarının müraciətindən sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar