Ru
15:01 / 24 İyun 2025

Atəşkəsi onlar pozdu - Tramp

Atəşkəsi onlar pozdu - Tramp
Eye

ABŞ prezidenti Donald Tramp, elan etdiyi atəşkəsin həm İsrail, həm də İran tərəfindən pozulduğunu bildirib. O, hər iki tərəfdən, xüsusilə də İsraildən narazı olduğunu qeyd edib.


Bakupost.az "Reuters"ə istinadən xəbər verir ki, Tramp bu fikirləri Haaqada keçiriləcək NATO zirvəsinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlaması zamanı səsləndirib.

O, İsrailin atəşkəs razılaşmasını qəbul etdikdən sonra öhdəliklərini yerinə yetirmədiyini söyləyib.

Tramp, həmçinin, İranın nüvə potensialının tükəndiyini də iddia edib.

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar