Ru
15:49 / 24 İyun 2025

Türk Mədəniyyəti və İrsi Fondu və “İpək yolu” İctimai Birliyi arasında müqavilə imzalandı

Türk Mədəniyyəti və İrsi Fondu və “İpək yolu” İctimai Birliyi arasında müqavilə imzalandı
Eye

Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək Yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliğini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Bakupost.az xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova imzalayıblar.

Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin, beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.




Türk Mədəniyyəti və İrsi Fondu və “İpək yolu” İctimai Birliyi arasında müqavilə imzalandı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar