Ru
21:25 / 28 Dekabr 2025

Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldı

Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldı
Eye

Sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Bakupost.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar