Ru
23:22 / 27 Dekabr 2025

Rusiyada demoqrafik böhran: Yeni nazirlik YARADILDI

Rusiyada demoqrafik böhran: Yeni nazirlik YARADILDI
Eye

Rusiyanın Nijni Novqorod vilayətində demoqrafik böhranla mübarizə məqsədilə yeni dövlət qurumu, Demoqrafiya Nazirliyi təsis olunur.

Bakupost.az xəbər verir ki, bu məqsədlə hazırkı Əmək və Əhalinin Məşğulluğu üzrə İdarə yenidən təşkil ediləcək.

Dəyişikliklər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Vilayətin qubernatoru Qleb Nikitinin sözlərinə görə, yeni nazirlik regionda demoqrafik artımın kompleks şəkildə təmin edilməsi ilə məşğul olacaq. Qurum əhalinin say dinamikasını izləyəcək, əsas demoqrafik trendləri təhlil edəcək və mənfi tendensiyaların aradan qaldırılması üçün konkret həll mexanizmləri hazırlayacaq.

Yeni yaradılacaq nazirliyin fəaliyyət istiqamətlərindən biri də “insan kapitalının inkişafı” olacaq. Qubernator bildirib ki, əhalinin ixtisas səviyyəsinin yüksəldilməsi, sosial rifahın və həyat keyfiyyətinin yaxşılaşdırılması Nijni Novqorod vilayəti hökumətinin strateji prioritetləri sırasında yer alır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar