Ru
13:44 / 28 Dekabr 2025

Milli Qəhrəmanın anası vəfat etdi

Milli Qəhrəmanın anası vəfat etdi
Eye

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası vəfat edib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şükür Həmidovun anası Şərqiyə Həmidova bu gün 86 yaşında vəfat edib. Ş. Həmidova uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Ordusunun zabiti olaraq 2020-ci ilin Vətən müharibəsində qəhrəmancasına şəhid olub və ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar