Ru
21:48 / 27 Dekabr 2025

Hacıkənddə qar qəzaya səbəb oldu - FOTO

Hacıkənddə qar qəzaya səbəb oldu - FOTO
Eye

Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü qar bir sıra problemlərə yol açıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, qəsəbədə yolun qarla örtülməsi səbəbindən "VAZ 21 07" markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda Gəncə-Toğanalı-Kəlbcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.

Qar yağmaqda davam edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar