Ru
21:23 / 27 Dekabr 2025

"Yura Unitaz" ləqəbli alverçi Rusiyanın pilotsuz sistemlər qüvvəsinə rəhbər gətirildi

"Yura Unitaz" ləqəbli alverçi Rusiyanın pilotsuz sistemlər qüvvəsinə rəhbər gətirildi
Eye

Rusiyanın pilotsuz döyüş sistemlərinə hərbi təhsili olmayan biznesmen Yuri Vaqanov rəhbər gətirilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı BBC Rusca öz mənbələrinə istinadən yayıb.

BBC-yə danışan mənbələr Vaqanovun hərbçilər arasında “Yura Unitaz” ləqəbiylə tanındığını deyiblər. O, Ukrayna müharibəsi başlayana qədər santexnika ticarəti ilə məşğul olub.

“Bu adamın təkcə hərbi təhsili yoxdur... Xüsusi Hərbi Əməliyyat başlayana qədər o, santexnika ticarəti edib və “unitaz” ləqəbini oradan götürüb. Daha sonra isə FPV-lərin (dron) Rusiya ordusuna tədarükü məsələsində monopolist olub” - deyə rusiyalı blogger Maksim Klimov deyib.

2023-cü ildə Sudoplatov batalyonunun bazasında böyük pilotsuz aparatlar müəssisəsi yaradılıb. Məhz bu batalyon FPV dronlarının ən böyük istehsalçısı sayılıb.

Vaqanov bir çox bloggerlər tərəfindən 24 rusiyalı hərbçinin ölümündə ittiham edilir. Lakin özünün bu iddialara münasibəti bəlli deyil.

Hələlik Rusiya Müdafiə Nazirliyi təyinatı rəsmi şəkildə təsdiqləməyib. Lakin bundan öncə o, müdafiə nazirinin silahlanma üzrə müavininin müşaviri təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar