Ru
17:08 / 24 İyun 2025

İsrail və İran arasında atəşkəsə Azərbaycanın mövqeyi

İsrail və İran arasında atəşkəsə Azərbaycanın mövqeyi
Eye

“İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır”.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail və İran arasında atəşkəslə bağlı bəyanatında deyilir.

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə bəyanatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar