Ru
21:28 / 24 İyun 2025

İsrail dayanmır: İranla iş bitdi, növbəti əməliyyata başlayır

İsrail dayanmır: İranla iş bitdi, növbəti əməliyyata başlayır
Eye

Fenomenal nailiyyətə baxmayaraq, biz ayıq olmalıyıq. Qarşıda bir çox problem var. Diqqətimizi cəmləməliyik.

Bakupost.az xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranla atəşkəs razılaşmasından sonra deyib.

“Biz əhəmiyyətli bir fəsli yekunlaşdırdıq, lakin İrana qarşı kampaniya hələ bitməyib. Biz hazırkı əməliyyatın nailiyyətlərinə əsaslanan yeni bir mərhələyə qədəm qoyuruq. Biz İranın nüvə layihəsini illərlə ləngitmişik, eyni şey onun raket proqramı üçün də keçərlidir", - deyə Zamir bildirib.
“İndi diqqət Qəzzaya, girovların evlərinə qaytarılmasına və HƏMAS hakimiyyətinin devrilməsinə qayıdır”, - o əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar